Azərbaycan 4 gündə 7 medal qazanıb - Foto

Supersport.Az-ın məlumatına görə, Cənubi Kiprin Limassol şəhərində təşkil olunan sambo üzrə Avropa çempionatı davam edir.
Qitə turnirində 26 ölkədən 580 idmançı mübarizə aparır.
Azərbaycan dörd gün ərzində - 3 gümüş, 4 bürünc medala sahib çıxıb.
Yarışın dördüncü günündə də Azərbaycan mükafatlar qazanıb.
Yeniyetmələrin yarışında Əbubəkr Hüseynov (98 kq) gümüş medala sahib çıxıb. Kənan Məmmədli (71 kq), həmçinin ağır çəkidə Rəsul Səmədli (+98 kq) bürünc mükat əldə edib.
Çempionatın ilk günü kişilərin mübarizəsində Elvin Bağırov 64 kq-da bürünc medala yiyələnib.
Yarışın ikinci günündə kişilərin turnirində milli komandanın məşqçisi, mütəxəssis Sehriman Ağayevin yetirməsi Adil Adilzadə 88 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Çempionatın üçüncü günü gənclərin yarışında Nicat İsmayılov (58 kq) gümüş medala sahib çıxıb. Cavad İsayev isə 71 kq çəkidə bürünc mükafat əldə edib.
Qeyd edək ki, milli komandaların baş məşqçiləri - Vahid Tarverdiyev (kişilər), Bəxtiyar Hacıyev (gənclər) və Yaqub Abdullayevdir (yeniyetmələr).