"Qəbələ" iddialı olacaq, güclənəcək - Eksklüziv

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqasına yenidən vəsiqə qazanan "Qəbələ" klubu iddialı olacaq. Qəbələ klubunun rəhbərliyi, məşqçilər heyəti komandanın gücləndirilməsi üçün indidən fəaliyyəti artırıb.
Saytımıza bildirilib ki, baş məşqçi Kaxaber Tsaxadadzenin göstərişinə əsasən, komanda heyətinə 4-5 əcnəbi futbolçu cəlb etməyə çalışır və bunlar sırasında gürcü oyunçular üstünlük təşkil edəcək. "Qəbələ"nin maddi vəziyyəti yaxşı olarsa, güclənərək premyer liqada iddialı olacaq və Avropa turnirinə vəsiqə qazanmağa cəhd edəcək.
Xatırladaq ki, vaxtilə ölkədaxili yarışlarda uğurlar qazanan Qəbələ klubu, ukraynalı mütəxəssis Roman Qriqorçukun baş məşqçiliyi dövründə iki dəfə UEFA Avropa Liqası yarışının qrup mərhələsində mübarizə aparıb.