"Qəbələ" Premyer Liqaya vəsiqə qazandı - Foto

Futbol, Foto
254
04 Aprel 2025 - 17:50
Bu gün I Liqada XX tura start verilib.
“Qəbələ” ikinci oyun günündə meydana səfərdə “Baku Sporting”lə qarşılaşıb.
Bu matçda heç-heçəylə də Qəbələ klubu Premyer Liqaya vəsiqə qazanacaqdı.
Supersport.Az-ın məlumatına görə, Binə qəsəbə stadionunda "Qəbələ" "Baku Sporting"i 5:0 hesabıyla məğlub edərək, sona 7 tur qalmış Azərbaycan Premyer Liqasında iştirak etmək imkanı əldə edib.
I Liqa, XX tur
4 aprel (cümə)
16:00. “Baku Sporting” – “Qəbələ” 0:5
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Samir Qaracayev, Murad Səlimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Binə qəsəbə stadionu


