Azərbaycanın futbol yığması dünya reytinqində gerilədi

Futbol
375
03 Aprel 2025 - 15:00
Supersport.Az-ın məlumatına görə, FIFA açıqladığı milli komandaların növbəti reytinq cədvəlində Azərbaycanın futbol yığması iki pillə geriləyib.
Haiti və Belarus yığmalarına yoxlama oyunlarında məğlub olan Azərbaycan millisi hazırda 1150,64 xalla 119-cu yerdə qərarlaşıb.
AFFA-nın saytı bu xəbəri yaysa da, Azərbaycan yığmasının gerilədiyini gizlətməyə çalışıb, bunu qeyd etməyib.
Ermənistan 102-cü pilləyə düşüb, Qırğızıstan 103-ə qalxıb, Tacikistan 104-də qalıb.
Dünya reytinqində 1886.16 xalla Argentina birincidir. Fransanı (1852.71) da geri atan İspaniya (1854.64 xal) ikincidir.
Türkiyə (1551.47) 27-ci pilləyə yüksəlib.