AMADA-nın təcrübəsi dünyaya nümunə göstərildi

AMADA-nın təcrübəsi dünyaya nümunə göstərildi
Digər
12 Fevral 2024 - 11:01

Supersport.Az xəbər verir ki, Beynəlxalq Test Agentliyi (ITA) “Paris-2024” Yay Olimpiya Oyunları öncəsi milli Olimpiya komitələri üçün təmiz idman üzrə təlimat dərc edib.

Təlimat Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşlığı, Ümumdünya Antidopinq Agentliyinin (WADA) isə dəstəyi ilə hazırlanıb. 

Təlimatda ITA 6 ölkənin və 1 regional təşkilatın təcrübəsindən yararlanıb. Həmin təşkilatlar arasında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) də yer alıb. 

Təlimatda AMADA-nın Təhsil şöbəsinin fəaliyyətinə geniş yer verilib. Belə ki, AMADA-nın təhsil proqramlarının WADA-nın tələblərinə uyğun şəkildə təşkili, düzgün maarifləndirmə siyasətinin aparılması, dopinqin zərərlərinin idman ictimaiyyətinə dolğun və düzgün çatdırılması milli Olimpiya komitələrinə nümunə kimi göstərilib. 

Həmçinin təlimatda AMADA-nın təhsil üzrə proqramlarından hazırlanmış videoçarxlar da əyani surətdə təqdim olunub. 

Xatırladaq ki, AMADA 2023-cü ildə 3 min nəfəri əhatə edən təhsil proqramları çərçivəsində 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir keçirib.

Digər xəbərlər