"Zirə" "Pendik"i uddu

"Zirə" "Pendik"i uddu
Futbol
355
17 İyul 2025 - 11:53

"Zirə" Türkiyədə növbəti yoxlama matçında qardaş ölkə təmsilçisi "Pendik"lə qarşılaşıb.


Supersport.Az xəbər verir ki, görüş Azərbaycan klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Brahim Konate, Davit Volkov və Junior Martins (dubl) imza atıblar. 


Bununla "Zirə" Türkiyədə keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb. Rəşad Sadıqovun komandası daha əvvəl “Ankara Keçiörengücü” (2:1), "Çorum" (2:0) və İordaniya təmsilçisi “Əl-Hüseyn”i (1:0) üstələyib.


Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da 8-ci km stadionunda, cavab görüşünə isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da "Polyud Stadium"da start veriləcək.

Digər xəbərlər