Azər Bağırov: "Hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşansın" - Video

Azər Bağırov: "Hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşansın" - Video
Futbol, Video
548
04 Oktyabr 2025 - 22:10

Supersport.Az "Qarabağ"a məğlub olan "Kəpəz"in baş məşqçisi Azər Bağırovun fikirlərini videogörüntüyə alıb.

"Qarabağ"la qarşılaşmamıza baxmayaraq, məqsədimiz seriyanı qırmaq idi. Futbolçular yaxşı mübarizə apardılar, onlara təşəkkür edirəm. Səhvləri minimuma endirməliyik. “Qarabağ”a isə Çempionlar Liqasında uğurlar arzulayıram.


Hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşansın. Bu gün əvvəlki oyunlara nisbətən daha çox emosiya və istək gördüm. Bu artdıqca məqsədimizə çatacağıq.


Məğlubiyyətlər oyunçuların ruhdan düşməsinə səbəb olmuşdu. Onlarla danışdıq, motivasiya verdik və bu gün oyunlarda müəyyən irəliləyiş görmək mümkün oldu.


Komandanın bütün matçlarını analiz etmişik. Fiziki hazırlıq və taktiki baxımdan çox işimiz var. Yoxlama görüşü ilə bağlı qərarı yaxın günlərdə verəcəyik".

Digər xəbərlər