"Qarabağ"ı qəbul edəcək "Atletik"də şok itki

"Qarabağ"ı qəbul edəcək "Atletik"də şok itki
Futbol
559
07 Oktyabr 2025 - 09:11

Supersport.Az-ın məlumatına görə, oktyabrın 22-də Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda "Qarabağ"ı qonaq edəcək "Atletik" ciddi itkiylə üzləşib.


İspaniya La Liqasının 8-ci turunda "Malyorka"nı 2:1 məğlub edən Bilbao komandasının kapitanı İnaki Uilyams zədə alıb. Qanalı futbolçu matçın 53-cü dəqiqəsində sol ayağının əzələsində problem olduğundan meydandan çıxarılıb. "Atletik"in kapitanı İnyaki bi səbıbdən Qana millisinə qoşulmayacaq.


İnyaki Uilyamsın tibbi yoxlamadan sonra son durumuna aydınlıq gələcək.


Qanalı 31 yaşlı futbolçu 12 mövsümdür "Atletik"də 481 oyun keçirib, UEFA yarışlarında 44 matçda 12 qol vurub.


"Qarabağ" Çempionlar Liqasında 36 komanda sırasında iki turdan 6 xalla 6-cı, "Atletik" 0-la 34-cüdür.


Azərbaycan klubu səfərdə "Benfika"nı 3:2, "Kopenhagen"i 2:0 məğlub edib.


İspaniya komandası evdə İngiltərə "Arsenal"ına 0:2, səfərdə "Borussiya Dortmund"a 1:4 uduzub.



Digər xəbərlər