Azərbaycanı onlar təmsil edəcək

Azərbaycanı onlar təmsil edəcək
Olimpiya, Digər, Cüdo
430
08 Oktyabr 2025 - 12:15

Beynəlxalq Cüdo Federasiyasının (BCF) təqviminə əsasən, 11–13 oktyabr tarixlərində Perunun paytaxtı Limada Qran-Pri turniri keçiriləcək. 


Supersport.Az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında 9 çəki dərəcəsində 17 cüdoçu (14 kişi, 3 qadın) ilə təmsil olunacaq.


Üç gün davam edəcək turnirdə 49 ölkədən 293 idmançı (172 kişi, 121 qadın) iştirak edəcək.


Heyəti təqdim edirik:


Kişilər


-60 kq

Turan Bayramov

Əhməd Yusifov


-66 kq

Ruslan Paşayev

Rəşad Yelkiyev


-73 kq

Hidayət Heydərov

Rəşid Məmmədəliyev


-81 kq

Vüsal Qələndərzadə

Ömər Rəcəbli


-90 kq

Vüqar Talıbov

Murad Fətiyev


-100 kq

Zelim Kotsoyev

Əjdər Bağırov


+100 kq

Uşanqi Kokauri

Kənan Nəsibov


Qadınlar


-48 kq

Könül Əliyeva


-52 kq

Xədicə Qədəşova

Aydan Vəliyeva



Digər xəbərlər