AFFA zəif məşqçini milliyə təyin etdi

AFFA zəif məşqçini milliyə təyin etdi
Futbol
404
05 Oktyabr 2025 - 23:55

Supersport.Az xəbər verir ki, Rəşad Eyyubov müvəqqəti olaraq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.


Yığmanın sabiq üzvünün köməkçi məşqçisi vəzifəsini Fərid Namazov yerinə yetirəcək.


Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib.


32 yaşlı məşqçi “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib, həmçinin Fernandu Santuşun məşqçilər korpusunda yer alıb.

Digər xəbərlər