Tofiq Əliyevdən Dünya Kubokunda qızıl hərəkət - Video
Gimnastika, Olimpiya, Digər, Video, Foto
424
07 Oktyabr 2025 - 00:22
Supersport.Az xəbər verir ki, Azərbaycan tamblinq üzrə Dünya Kuboku seriyasının qalibi olub.
Fransanın Antibes şəhərində keçirilən tamblinq üzrə Dünya Kubokunda iştirak edən gimnastlardan Tofiq Əliyev 29.200 xalla qızıl medalın, Adil Hacızadə 26.800 xalla bürünc mükafatın sahibi olublar.
Həmçinin Tofiq Əliyev mövsüm ərzində qazandığı nəticələr və sonuncu Dünya Kubokunu birinciliklə başa vurduğu üçün Dünya Kuboku seriyalarının qalibi olub.