Video: "Benfika"nın prezidenti "Qarabağ"a böyük hörməti olduğunu dedi" - Tahir Gözel
Futbol, Eksklüziv, Tribuna, Video
533
18 Sentyabr 2025 - 23:46
Supersport.Az-a açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl "Benfika"nın prezidenti Rui Koştanın komandaya münasibətindən danışıb.
"Qarabağ"a uduzmaq "Benfika" üçün çox ağır itki, məğlubiyyət oldu. Portuqaliya futbolunun əfsanəsi, klub prezidenti Rui Koşta bizə mehriban münasibət göstərdi və komandamıza böyük hörməti olduğunu bildirdi. O, "Qarabağ"ın Azərbaycanı dünyada təmsil etdiyini söylədi".