"Atletik"dən yenə etiraz: "İsrail, soyqırımı dayandır!"
Futbol, Foto
503
06 Oktyabr 2025 - 14:43
İspaniyanın "Atletik Bilbao" komandası "Malyorka"y la Liqa oyunundan əvvəl Qəzzada yaralanan və müalicə üçün ölkəyə gətirilən bir qrup qəzzalını stadionda qonaq edib.
Supersport.Az xəbər verir ki, stadiona toplaşan 47 mindən çox insan qəzzalıları ayaqüstə alqışlayıb.
"Atletik" işğalçı İsrailə etiraz edərək, "Soyqırımı dayandırın!" mesajını verib.
Xatırladaq ki, "Atletik" oktyabrın 22-də Çempionlar Liqasının liqa mərhələsinin üçüncü oyununda "Qarabağ"ı qəbul edəcək.