Fransa - Azərbaycan (AFFA) yığması: 8:0

Fransa - Azərbaycan (AFFA) yığması: 8:0
Futbol
534
08 Oktyabr 2025 - 19:28

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununda rüsvay olub.


Supersport.Az xəbər verir ki, Azərbaycanın U-17 yığması Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.


Kapbreton şəhərinin "Bourret" stadionunda keçirilən matçda fransızlar azərbaycanlıların (AFFA) yığmasını darmadağın edib – 8:0.


Aqil Nəbiyevin rəhbərlik etdiyi Azərbaycan millisi oktyabrın 11-də İsrail, 14-də isə Rumıniya yığmaları ilə qarşılaşacaq. Seçmə mərhələnin bütün oyunları Fransada keçirilir.

Digər xəbərlər