AFFA Santuşu istefaya göndərə bilər

AFFA Santuşu istefaya göndərə bilər
Futbol
290
27 Mart 2025 - 14:41

Supersport.Az saytının Türkiyə mediasına istinadla yaydığı məlumata görə, "Beşiktaş"dan sonra Azərbaycan millisində də uğursuz nəticələr səbəbindən sərt tənqid olunan  portuqaliyalı Fernando Santos vaxtından əvvəl istefaya göndərilə bilər.


AFFA hələlik 70 yaşlı Santuşa zaman versə də, iyunda keçiriləcək Latviya və Macarıstanla oyunların həlledici olmaq ehtimalı var. Əgər nəticələr dəyişməzsə, DÇ-2026-nın seçmə mərhələsində millidə baş məşqçi dəyişikliyi olacağı bildirilir.

Digər xəbərlər