"Turan Tovuz"un tədbirində Qurban Qurbanovla AFFA rəhbərliyi də iştirak edəcək

Futbol
704
27 Mart 2025 - 00:01
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Turan Tovuz"un yeni inşa olunan Futbol Akademiyasının açılışının vaxtı məlum olub.
Binanın açılış mərasiminin martın 28-də, cümə günü 16:00-da keçirilməsi nəzərdə tutulub. AFFA rəhbərliyinin, "Qarabağ"ın baş məşqçisi, İcraiyyə Komitəsi üzvü Qurban Qurbanovun da tədbirdə iştirakı gözlənilir.
Martın 28-də Azərbaycan Premyer Liqasının 28-ci turunda Tovuzda "Turan" - "Qarabağ" oyunu da keçiriləcək. Matç 19:30-da başlanacaq.