Belarus yığması Azərbaycanın seçmə komandasını yenə rəzil etdi

Futbol
387
26 Mart 2025 - 16:25
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.
U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında Belarus seçməsi 3:0 hesablı qələbə qazanıb.