Arda Güler: "Bilmirlər ki, Türk bundan qorxmur"

Futbol
364
25 Mart 2025 - 18:47
Supersport.Az-ın məlumatına görə, UEFA Millətlər Liqasının pley-off mərhələsində Macarıstanı kənarlaşdıran Türkiyə yığmasının futbolçusu Arda Güler rəqib haqda danışıb.
"Macarıstan 3 ildir öz meydanında məğlub olmurdu.
Bizi ilk dəqiqələrxə sərt qayda pozuntularıyla qorxutmağa çalışdılar.
Ancaq bilmirlər ki, Türk bundan qorxmur".
Qeyd edək ki, Türkiyə milli komandası evdə Macarıstanı 3:1, səfərdə 3:0 hesablı məğlub edib. Türklər Millətlər Liqasının A liqasına vəsiqə qazanıblar.

