Azərbaycan yığmasından heç-heçə

Futbol
408
25 Mart 2025 - 23:11
Supersport.Az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşündə meydanı qolsuz tərk edib.
U-21 yığmasıının Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşmasında 0:0 nəticəsi qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də keçirilən ilk matçda Moldova yığmasını 2:0 hesabı ilə məğlub edib.