Santuş Şahrudini millidən kənarlaşdırdı

Santuş Şahrudini millidən kənarlaşdırdı
Futbol
391
25 Mart 2025 - 15:37

Supersport.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.


"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə "Səbail"in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb. Məlumatı AFFA-nın saytı yayıb.


Qeyd edək ki, Azərbaycan milli komandası bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. Masazırda təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.

Digər xəbərlər