AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov vəfat etdi

AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov vəfat etdi
Futbol
598
23 Mart 2025 - 22:09

Supersport.Az-ın məlumatına görə, AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov bu gün vəfat edib.

O, pnevmoniya xəstəliyinə tutulmuşdu.

Mütəxəssis yaşasaydı, aprelin 12-i 90 yaşını qeyd edəcəkdi.


Çingiz İsmayılov 1935-ci ildə Bakıda doğulub, 1955-1962-ci illərdə "Neftçi"nin şərəfini qoruyub, klubun rəisi olub. O, Bakının və Gəncənin “Dinamo”, habelə "Neft daşları" komandalarında çıxış edib. Ç.İsmayılov, həmçinin jurnalist, şərhçi olub.


1994-cü ildə AFFA-nın baş katibi seçilib və 9 il bu qurumda çalışıb.


Çingiz İsmayılov 2022-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.


Allah rəhmət eləsin!

Digər xəbərlər