"Nürnberq" "Qarabağ"ın keçmiş futbolçusu Mahir Emrelinin keçidindən yazdı - Foto

"Nürnberq" "Qarabağ"ın keçmiş futbolçusu Mahir Emrelinin keçidindən yazdı - Foto
Futbol, Foto
632
07 Avqust 2024 - 09:55

Supersport.Az-ın məlumatına görə, Almaniyanın "Nürnberq" klubunun rəsmi saytı Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda ətraflı yazıb.


Hücumçunun beynəlxalq təcrübəyə malik futbolçu olduğu vurğulanıb.


Karyerasına vətənində "Qarabağ"da başlayan Emreli doğma klubunda 5 il 187 oyuna 68 qol vurduqdan sonra Varşavanın "Legiya"sına keçib. Polşada altı ay Çempionlar Liqasının təsnifat mərhələsində və Avropa Liqasında çıxış etdikdən sonra o, Zaqreb "Dinamo"suna keçdi. O, Xorvatiyanın ən yaxşı klubunun heyətində 47 oyunda 10 qol vurub və beynəlxalq yarışlarda da iştirak edib. Boyu 1,87 metr olan hücumçu, Türkiyənin birinci liqa klubu "Konyaspor" klubunda 6 ay müddətinə icarəyə götürülüb.


Hücumçu indiyədək vətəni Azərbaycan millisində 48 beynəlxalq oyun keçirib, altı qol vurub və üç effektli ötürmə verib. Futbolçu hazırda topuq nahiyəsindən zədəlidir və buna görə də dərhal komandaya qoşulmayacaq".


İkinci Bundesliqa təmsilçisi futbolçuyla 1 illik müqavilə imzalayıb və bu müddətdə 800 min avro veriəcək. "Nürnberq" Mahir Emreliyə təşəkkür edib.


M.Emreli son olaraq Xorvatiyanın "Dinamo Zaqreb" komandasında çıxış edib.

Digər xəbərlər