Millimizin rəqibi məğlubiyyətlə üzləşdi

Millimizin rəqibi məğlubiyyətlə üzləşdi
Futbol
238
22 İyun 2024 - 01:00

Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları keçirlib.

Supersport.Az xəbər verir ki, günün ilk görüşündə Slovakiya və Ukrayna milliləri üz-üzə gəliblər. Ukraynlılar əvvəlcə hesabda geri olsalar da, sonda qələbə qazana biliblər. Slovaklar Millətlər Liqasında Azərbaycan yığmasının rəqibidirlər.

Slovakiyalılar E qrupunun ilk matçında Belçikaya qalib gəliblər - 1:0. Ukraynalılar isə Rumıniyaya 0:3 hesabı ilə məğlub olublar.

D qrupunun oyununda isə Polşa və Avstriya komandalarının matçında ikincilər qələbəyə sevinib.

I turda Polşa Niderlanda (1:2) Avstriya isə Fransaya (0:1) məğlub olub.

Bu qrupunda Niderland - Fransa görüşü qolsuz bitib.

AVRO-2024

21 iyun

II tur

E qrupu

17:00. Slovakiya - Ukrayna 1-2

Qollar:Şanz 17// Şaparenko 54, Yaremçuk 80.

Baş hakim: Maykl Oliver (İngiltərə).

Düsseldorf, "Esprit Arena".

D qrupu

20:00. Polşa - Avstriya 1:3

Qollar: Piatek 30 // Trauner 9, Baumqartner 66, Arnautoviç 78(p).

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Berlin Olimpiya Stadionu.

23:00. Niderland - Fransa 0:0

Baş hakim: Entoni Teylor (İngiltərə).

Leyptsiq, "Red Bull Arena".

Digər xəbərlər