Arda Güler Kriştiano Ronaldonu keçib tarixə düşdü

Arda Güler Kriştiano Ronaldonu keçib tarixə düşdü
Futbol
260
19 İyun 2024 - 08:07

Supersport.Az-ın məlumatına görə, Türkiyə yığmasının aparıcı futbolçusu Arda Güler Avropa çempionatı tarixinə düşüb. 


Almaniyada keçirilən Avro-2024-ün ilk oyununda gürcülərə qol vuran A.Güler, ən gənc futbolçu olub.


Arda Güler (19 yaş 114 gün), Cristiano Ronaldonu (2004; 19 yaş 128 gün) geridə qoyaraq adını tarixə yazdırıb.


Arda həm də matçın ən yaxşı futbolçusu seçilib.

Digər xəbərlər