Eksklüziv: "Neftçi"nin baş məşqçisi məşhur mütəxəssis ola bilər

Eksklüziv: "Neftçi"nin baş məşqçisi məşhur mütəxəssis ola bilər
Futbol, Eksklüziv
450
18 İyun 2024 - 07:00

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" futbol klubu yaxın günlərdə yeni baş məşqçi təyin edəcək.


Saytımıza bildirilib ki, Azərbaycan klubu Belorusiyadan olan məşhur mütəxəssis Viktor Qonçarenkoyla razılaşıb. 


47 yaşlı məşqçi çalışdırdıqları klublara Avropa yarışlarında uğurlar qazandıra bilib.


Qonçarenkolu BATE vaxtilə Çempionlar Liqasının qrup mərhələsində 3, Avropa Liqasının 1/16 raundunda 2 dəfə mübarizə aparıb.  


2008-də Çempionlar Liqasının qrupunda BATE "Yuventus"la iki oyunda heç-heçə edib (2:2, 0:0).


2009-da Belarus çempionu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


2010-da BATE Avroliqanın 1/16 finalında PSJ ilə iki oyunda heç-heçə (2:2, 0:0) etsə də, mübarizəni dayandırıb.


2011-də Çempionlar Liqasının qrupunda BATE "Barselona", "Milan" və "Viktoriya" klublarından xal qopara bilməyib.


2012-də Qonçarenkonun baş məşqçisi olduğu Belarus çempionu, üçüncü dəfə Çempionlar Liqası qrupuna düşüb, Fransada "Lill"i 3:1, Minskdə "Bayern Münxen"i 3:1 məğlub edib. Bu qrupda "Valensiya" da olub. BATE qrup üçüncüsü olaraq vəsiqə qazandığı Avropa Liqasının 1/16 final mərhələsində "Fənərbağça"yla bacarmayıb (0:0, 0:1).


2017-də Rusiyanın SSKA klubu Qonçarenkonun rəhbərliyilə Avropa Liqasının 1/16 finalında "Srvena Zvezda"nı, 1/8-də "Lion"u keçib, 1/4-də İngiltərə "Arsenal"ına ümumilikdə 3:6 hesablı uduzub.


2018-də Qonçarenkonun baş məşqçiliyilə SSKA Çempionlar Liqasının qrupunda "Real Madrid"i 1:0, 3:0 məğlub edib, növbəti mövsüm Moskva klubu Avropa Liqasında "Espanyol", "Ludoqorets", "Ferentsvaroş"un olduğu qrupda bir oyunda qalib gələrək, sonuncu olub.


2022-ci ilin avqustunda "Ural"la müqavilə bağlayan Qonçarenkonun komandası Rusiya Premyer Liqasında 14-cü olduğu üçün məşqçi istefaya göndərilib.


Qonçarenko BATE-ni 6 dəfə ölkə çempionu, 1 dəfə kubokun, 3 dəfə superkubokun qalibi edib. Mütəxəssis SSKA-ya Rusiya Superkubokunu, iki dəfə premyer liqada 2-ci yeri qazandırıb.


Qonçarenko Belorusiyada 11 dəfə ölkənin ən yaxşı məşqçisi seçilib.



Digər xəbərlər