Avropa Liqası Kubokunun Bakıya gətiriləcəyi tarix

Avropa Liqası Kubokunun Bakıya gətiriləcəyi tarix
Futbol
02 Mart 2019 - 14:51
Avropa Liqasının kubokunun Bakıya gətiriləcəyi tarix açıqlanıb.

Supersport.Az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, kubok may ayının 16-da paytaxtımızda olacaq. Buna qədər o, Avropanın 8 şəhərində - Cenevrə (9 mart), Sevilya (22-23 mart), Berlin (29-30 mart), London (5-6 aprel), Milan (12 aprel), Moskva (20 aprel), Parisdə (10 may) nümayiş olunacaq. Səyahətdə Lotar Matteus, Deku, Andres Palop və Eydur Qudyonsen də iştirak edəcəklər.

Xatırladaq ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər xəbərlər