Karateçilərimizdən Bazeldə yüksək nəticə

Karateçilərimizdən Bazeldə yüksək nəticə
Karate, Digər
04 Sentyabr 2018 - 15:34
Supersport.Az-ın məlumatına görə, İsveçrənin Bazel şəhərində 9-cü nüfuzlu "Bazel Open Masters" turnirində iştirak edən karate millimizin üzvləri 4 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıblar.

Kumite yarışında Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (-68 kq) çempion olub. Tural Ağalarzadə (-67 kq) və Şahin Atamov (+84 kq) gümüş medala sahib olub. Firdovsi Fərzəliyev (-60 kq) və Nuranə Əliyeva (-5o kq) isə bürünc mükafat qazanıb. "Masters" turnirində Ş.Atamov və İlahə Qasımova ikinci pilləni, İrina Zaretska üçüncü yeri tutub.

31 ölkədən müxtəlif yaşlı idmançının qatıldığı yarışın ardından, milli komandamız beynəlxalq təlim-məşqlərdə iştirak edir. Turnirin və beynəlxlaq təlim-məşqlərin təşkilatçısı, İsveçrə Şotokan Karate Do Federasiyasının prezidenti Zubeyir Şahinin dəvəti ilə bu ölkədə olan milli komandamız, bir həftəlik hazırlıqdan sonra Berlinə Karate1 Premyer Liqa turnirinə yollanacaq. Təşkilatçılar, dünyada yüksək reytinqi olan Azərbaycan komandasının bütün xərclərini üzərinə götürüb.

Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev, böyük məşqçi Qurban Tağıyev, məşqçi Denis Morozov, əsas heyətdən Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) yer alıb. Ayxan Mamayev (-84 kq) isə 5 sentyabrdan komandaya qatılacaq.

Məlumatı Azərbaycan Milli Karate Federasiyasının media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov verib.

Digər xəbərlər