Həsənlidən Rusiyada qızıl medal

Həsənlidən Rusiyada qızıl medal
Digər, Taekvondo
04 Sentyabr 2018 - 00:02
Bu gün Rusiyada G1 kateqoriyalı beynəlxalq turnirə start verilib. Supersport.Az xəbər verir ki, yarışda gənclərdən ibarət Olimpiya komandamız da 4 idmançı ilə təmsil olunur.

 

Baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələri artıq yarışın ilk günü aktivinə qızıl medal əlavə edib.

 

-45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Hatəm Həsənli rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Həsənlinin digər komanda yoldaşları Cavad Ağayev (-63 kq), Taleh Süleymanov (-73 kq) və Minayə Əkbərova (-46 kq) isə sabah mübarizəyə qoşulacaq.

Digər xəbərlər