Millimizin heyətində dəyişiklik

Futbol
04 Sentyabr 2018 - 00:39
UEFA Millətlər Liqasında Kosovonu qəbul edəcək Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Səlahət Ağayev ("Neftçi") atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb. Onun əvəzinə toplanışa Şahruddin Məhəmmədəliyev ("Qarabağ") dəvət olunub.
Qeyd edək ki, Azərbaycan sentyabrın 7-də, Bakı Olimpiya stadionunda Kosovonu qəbul edəcək.