Supersport.Az-ın məlumatına görə, Almaniya paytaxtı Berlində davam edən Avropa atletika çempionatında Türkiyə yığmasının aparıcı üzvü Ramil Quliyev finala vəsiqə qazanıb. Azərbaycanlı idmançı 200 metr məsafəni 20.33 saniyəyə qət edib. Ramil yarımfinalı birinci yerdə başa vurub.
Final yarışı bu gün axşam keçiriləcək.