İdmançımız Avropa birinciliyinin ikiqat qalibi oldu - Foto

İdmançımız Avropa birinciliyinin ikiqat qalibi oldu - Foto
Digər, Ağır Atletika
30 İyul 2018 - 01:44
İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatıb.

Mötəbər yarışda 40-a yaxın ölkədən 388 atlet iştirak edib və Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar. Millimizin üzvlərindən son olaraq Tarmenxan Babayev mübarizəyə qoşulub. O, yaşı 17-yə qədər oğlanlarn 94 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Ötən il Kosovonun paytaxtı Priştinada 6 Avropa rekordu yeniləyərək çempion olan Tarmenxan Babayev bu dəfə də uğurunu təkrarlayıb.

Atletimiz birdən qaldırma hərəkətində 145 kq nəticə göstərərək bu hərəkətdə gümüş medala sahib çıxıb.

Təkanla qaldırma 180 kq nəticə göstərən Babayev, bu hərəkətdə bütün rəqiblərini üstələyib qızıl medal əldə edib.

Ümumlikidə 325 kq (145+180) nəticə ilə Tarmenxan 94 kq çəki dərəcəsində yekun sıralamada hamıdan üstün olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa birinciliyinin ikiqat qalibi adını qazanıb.

 

Digər xəbərlər