AÇ-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı

AÇ-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı
Futbol
24 May 2018 - 18:47
UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb.

Supersport.Az xəbər verir ki, AÇ-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdı.

UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq.

1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

Digər xəbərlər