Avropa çempionumuz əməliyyat oldu

Avropa çempionumuz əməliyyat oldu
Karate, Digər
23 Mart 2018 - 16:22
5 qat Avropa çempionu Niyazi Əliyev əməliyyat olunub.

Supersport.Az xəbər verir ki, bu haqda sosial şəbəkə hesabında paylaşım edən idmançı Hollandiyanın Rotterdam şəhərində keçirilən yarışlarda ağır zədə aldığını deyib.

O, bildirib ki, ölkədəki xəstəxanaların birində əməliyyat olunub:

"Salam bilmirəm necə başa salım. Amma deməliyəm ki, sonra deməyəsiniz Niyazi yekəxanalıq və saymamazlıq edir. Mən Hollandiyanın Rotterdam şəhərində keçirilən yarışda ağır zədə almışam. Hələ də burada hospitalların birində müalicə alıram. Heç kimlə bayramlaşa bilməmişəm və əməliyyatdan yeni çıxmışam. Allahıma min şükürlər olsun ki, yenə də həyata tutunuram. Sadəcə dua edin. Allah duaları eşidən və ürəkləri biləndi".

Digər xəbərlər