Yığmamızdan uğurlu nəticə

Yığmamızdan uğurlu nəticə
Digər, Taekvondo
04 Mart 2018 - 15:21
Supersport.Az-ın məlumatına görə, Bolqarıstanda təşkil edilən "Sofia Open" beynəlxalq turnirə 6 idmançı ilə qatılan gənclərdən ibarət Olimpiya yığma komandamızın iki üzvü medala sabib olub.

Sayca 5-ci olan G1 kateqoriyalı yarışda, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə iştirak edən komandanın idmançısı Xanoğlan Kərimov 51 kq çəki dərəcəsində qarşılaşdığı rəqiblərinə şans verməyərək turnirin qalibi olub.

Onun komanda yoldaşı Bəhruz Quluzadə (-48 kq) isə yarımfinala qədər irəliləsə də həlledici mərhələyə yüksələ bilməyib. O, turnirin bürünc medalı ilə kifayətlənib.

Digər xəbərlər