Azərbaycanın məşhur karateçisi qızıl medalı son anda əldən verib.
Supersport.Az-a Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, milli komandanın lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer Liqa turnirində ikinci yeri tutub. Dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.
Yeni qaydalara əsasən medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar. “Kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübaizə aparıb.
Yanvarın 30-da Bakıya qayıdacaq Azərbaycan karateçiləri yarışa hazırlıqlarını davam etdirəcəklər.