Qadın volleybolçularımızın rəqibləri məlum oldu

Qadın volleybolçularımızın rəqibləri məlum oldu
Digər, Voleybol
07 Dekabr 2017 - 12:11
2018-ci ildə Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb. Supersport.Az xəbər verir ki, mundialda mübarizə aparacaq Azərbaycan millisi ABŞ, Rusiya, Cənibi Koreya, Tailand və Trinidad və Tobaqo kollektivləri ilə birgə C qrupunda yer alıb.

Püşkün nəticəsi belə olub:

A qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika

B qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba

C qrupu: Azərbaycan, ABŞ, Rusiya, Cənubi Koreya, Tailand, Trinidad və Tobaqo

D qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya

Qeyd edək ki, 2018-ci il dünya çempionatı Yaponiyanın 6 şəhərində - Yokohama, Hamamatsu, Kobe, Naqoya, Osaka və Sapporoda keçiriləcək. Yarış 29 sentyabr – 20 oktyabr baş tutacaq. (report)

Digər xəbərlər