Mübariz Mənsimov "Beşiktaş"ı izləyir - Foto

Mübariz Mənsimov "Beşiktaş"ı izləyir - Foto
Futbol, Foto
24 Oktyabr 2017 - 22:15




Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında uğurlu çıxış edən Türkiyə çempionu azərbaycanlı milyardçı Mübariz Mənsimovun diqqət mərkəzindədir.

Tanınmış iş adamı, "Beşiktaş"ın səfərdə "Monako"nu 2:1 hesabıyla məğlub etdiyi qarşılaşmasını İstanbul klubunun prezidenti Fikrət Ormanla birgə izləyib.

Çempionlar Liqasının qrup mərhələsinin üç oyununda maksimum nəticə göstərən Türkiyə təmsilçisinin rəhbəri F.Orman, hədəflərini açıqlayıb:

"Qrup səddini aşmaq istəyirik. Bundan sonra asan deyil. Rəqiblər çox güclüdür. Futbolda ən mühüm marka olmaqdır. Püşk atmada iştirak edib, 1/4 final mərhələsinə vəsiqə qazanmaq istəyindəyik".

"Beşiktaş"ın rəhbəri baş məşqçi Şenol Günəşin işinə qarışmadıqlarını bəyan edib:

"Şenol hoca 50 ildir ki, futboldadır: kapitan, milli komandanın baş məşqçisi olub. Üç ildir "Beşiktaş"ı çalışdırır. Çox çalışqan, işinə qarşı inanılmaz dərəcədə ciddi yanaşır. Onun kimi təcrübəli şəxsin başçılığında öyrətdiyi kiməsə məsləhət verə bilmərik. İdarə Heyəti, prezident məşqçilərin fəaliyyətinə müdaxilə edə bilməz".

 

Digər xəbərlər