Prezident voleybolçulara pul ayırdı

Prezident voleybolçulara pul ayırdı
Digər, Voleybol
03 Oktyabr 2017 - 16:43
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadın voleybolçularımızın Avropa çempionatında uğurlu iştirakı ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, voleybol üzrə qadınlar arasında Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakı, ölkəmizi layiqincə təmsil etməsi nəzərə alınaraq, respublikamızda voleybolun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Digər xəbərlər