Ağır atletlərimizdən ibarət komanda Avropanın ən yaxşısı seçilib

Ağır atletlərimizdən ibarət komanda Avropanın ən yaxşısı seçilib
Digər, Ağır Atletika
01 Oktyabr 2017 - 00:00


Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi başa çatıb.

Supersport.Az xəbər verir ki , yarışda 40-a yaxın ölkədən 264 atlet medallar uğrunda mübarizə aparıb.

Azərbaycan ağır atletika yığmasının yeddi üzvü yaşı 15-ə qədər olan atletlərin mübarizəsinə qoşulub. Onların birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamda qazandıqları medal sayı 11-ə bərabər olub. Bunlardan altısı qızıl, ikisi gümüş, üçü bürünc medaldır. Elşən Məmmədov (50kq) birdən qaldırma və toplamda bürünc, Rüstəm Qasımov (56 kq) birdən, təkanla qaldırma və toplamda qızıl, Tarmenxan Babayev (85 kq) birdən, təkanla qaldırma və toplamda qızıl, Rəhman Kazımov (94 kq) birdən qaldırma və toplamda gümüş, təkanla qaldırmada isə bürünc medalla fərqləniblər.

Azərbaycanın yeniyetmə oğlan ağır atletlərdən ibarət yığma komandası medal sayında Avropa birinciliyinin ən yaxşı komandası seçilib.

Həmçinin yığma komandamızın üzvləri yeddi Avropa rekordunu yeniləməklə də yadda qalıblar. Rüstəm Qasımov birdən qaldırma hərəkətində, Tarmenxan Babayev isə üç dəfə təkanla qaldırma, 3 dəfə də toplamda Avropa rekordlarını yeniləyiblər.

Yaşı 17-yə qədər olan atletlərin mübarizəsində isə qızlar arasında Səbinə Əzimova (53 kq) qızıl medala sahib çıxaraq, üçqat Avropa çempionu tituluna yiyələnib.

Bununla yanaşı, gözəl çıxışla yadda qalan Səbinə Əzimova Sinkleyr cədvəli üzrə hesablanan reytinqdə yeniyetmələr arasında Avropa birinciliyinin ən güclü qadın atletləri arasında ikinci yeri tutub.

Beləliklə, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Kosovoda tarixi nailiyyətə imza atıb. İndiyə qədər heç bir yarışda milli komandamız Avropanın ən yaxşısı adını qazanmamışdı.


Digər xəbərlər