Voleybolçularımız yarımfinalda - Avropa çempionatı

Digər, Voleybol
29 Sentyabr 2017 - 20:53
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Supersport.Az-ın məlumatına görə, Faiq Qarayevin komanda 1/4 finalda Almaniya yığmasını məğlub edib – 3:0.
Azərbaycan millisi yarımfinalda Hollandiya ilə qarşılaşacaq.
Avropa çempionatı, 1/4 final
18:00. Azərbaycan - Almaniya 3:0 (25:20, 25:18, 25:21)
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Yuray Mokri (Slovakiya)
Milli Gimnastika Arenası