Ramil Quliyev: "ABŞ-dan 25 dəfə təklif gəldi"
Atletika, Digər
25 Sentyabr 2017 - 21:08
Supersport.Az-ın məlumatına görə, Türkiyəyə dünya çempionluğu qazandıran azərbaycanlı atlet Ramil Quliyev açıqlama verib.
"Əvvəlki illər həmişə deyirdilər ki, yaxşı sprinter olmaq üçün ABŞ-a gedib, orda oxumaq lazımdır. Mən isə qəti şəkildə bunu etmədən öz ölkəndə, məşqlə də uğur qazanmağın mümkünlüyünü bildirirdim" deyən tanınmış idmançı, zəfərlərində Türkiyədə şəraitin və iqlimin mühüm rolu olduğunu qeyd edib.
İlin atleti adını qazanmağa namizəd olan 27 yaşlı sprinter, bir müddət öncə çoxlarının onun ABŞ-da hazırlıq keçməsini istədiyini vurğulayıb:
"Bu ölkənin universitetlərindən 25 dəfə təklif gəldi. ABŞ-da və ya başqa bir yerdə hər zaman hazırlıq keçmək olar. Ancaq həmişə çalışdığımız Türkiyədə də uğur qazana bilərsən".
Ramil əsasən Antalyada məşqlər keçdiyini, bu şəhər isti olduöunu qış aylarında açıq havada hazırlaşdığını söyləyib:
"Rio Olimpiadasından öncə də Antalyada məhz həmin şəhərin saatına uyğun hazırlıq keçdik. Bunun da çox faydası oldu. Başqa ölkələrə yollanmazdan öncə oranın havasını, iqlimini təhlil edirik. Londondakı dünya çempionatı ərəfəsində də Moskvada təlim-məşq toplanışı keçdik. Çünki 2 şəhərin havası bir-birinə çox yaxındır".