Şehiçə ağır cəza

Şehiçə ağır cəza
Futbol
15 Sentyabr 2017 - 16:42


Supersport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib. O, İbrahim Sehiçi cəzalandırıb. Belə ki, bosniyalı qapıçı qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.
29 yaşlı "çərçivə qoruyucu"su Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" ilə matçda kobud səhvlərlə yadda qalıb.

 

Londonda 6:0 bitən qarşılaşmanın birinci yarısında vurulan hər iki qolda kobud səhvə yol verən Şehiç zəif çıxışının bədəlini ikiqat ödəyəcək. Yüksək məbləğdə cərimələnməklə yanaşı, əlcəklərini ukraynalı Anton Konibolotskiyə ötürüb.
Qurbanov komandadaxili toplantıda oyunu analiz edib və hər kəsə öz səhvlərini deyib. Təcrübəli çalışdırıcı ən çox Şehiçin üzərində dayanıb

Digər xəbərlər