"Çelsi" – "Qarabağ" oyunu yunan hakimlərə həvalə olundu

"Çelsi" – "Qarabağ" oyunu yunan hakimlərə həvalə olundu
Futbol
11 Sentyabr 2017 - 00:45
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin "Çelsi" – "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

Qarşılaşmanı Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

Anastasios Sidiropoulos baş hakim, Polixronis Kostaras, Lazaros Dimitriadisı yan xətt hakim təyin olunublar. Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Damianos Efthimiadis olacaq.

Qeyd edək ki, "Çelsi" – "Qarabağ" oyunu sentyabrın 12-si, saat 22:45-də start götürəcək.

Digər xəbərlər