Ramil Quliyev: "Medal qazanmaq şansım artıb"

Ramil Quliyev: "Medal qazanmaq şansım artıb"
Atletika, Digər
06 Avqust 2017 - 12:22
Supersport.Az-ın məlumatına görə, Londonda atletika üzrə dünya çempionatında Türkiyəni təmsil edəcək azərbaycanlı Ramil Quliyevin medal qazanmaq şansı artıb.

Məsələ burasındadır ki, bu atletin kanadalı əsas rəqibi Andre De Qrmasse ciddi zədə aldığından yarışda iştirak etməyəcək.

Dünya çempionatından əvvəl bu il 100 metri 9.97 saniyəyə qət edən Ramil, bu məsafədə mübarizə aparmaqdan imtina edib. Quliyev, 200 metr üçün yarışacaq.

Olimpiya çempionu Useyn Bolt da bu məsafədə mübarizə aparmayacağından Ramilin medal qazanmaq şansı artıb.

İki il əvvəl 19.88 saniyə ilə Türkiyə rekordu vuran idmançı, Rio olimpiadasında finalda yarışmışdı.

R.Quliyev açıqlamasında uğur qazanacağına inandığını deyib:

"100 metrdə medal qazanmaq şansım olmadığından vaxt, enerji itirməmək üçün 200 metr məsafədə yarışmağa köklənmişəm. Bəzi iddialı rəqiblərimin iştirak etməyəcəyi gücümü artırır. Yarışa hazıram, medal qazanmaq istəyirəm".

Qeyd edək ki, çempionatda 200 metr məsafəyə yarışın seçmə mərhələsi sabah başlayacaq və Ramil 9 avqustda yarımfinalda yer almağa çalışacaq. Bu məsafəyə final yarışı 10 avqustda keçiriləcək.

 

Digər xəbərlər