Azərbaycan liderlər sırasında

Azərbaycan liderlər sırasında
Karate, Digər
26 İyul 2017 - 12:02
Azərbaycan milli komandasının favoritlərindən Firdovsi Fərzəliev (-60 kq) Dünya Oyunlarının qalibi olub. Polşanın Vroslav şəhərində mötəbər yarışda F.Fərzəliyev dünya reytinqinin birincisi, İranlı idmançı Əmir Mehdizadəni 4-2 hesabı ilə məğlub edərək karyerasında daha bir uğur qazanıb.

Ondan əvvəl isə təcrübəli karateçimiz Emad Əlmalikiyə 2:0 (Səudiyyə Ərəbistanı), ötən il Avstriyada dünya çempionatının yarımfinalında hakim qərəzi ilə məğlub olduğu Geofri Berensə (Hollandiya) və Matias Qarsia Qomesə (İspaniya) xalsız başa çatan döyüşlərdə hakimlərin qərarı ilə qalib gələrək B qurupunu 2-ci yerdi başa vurub. Yarımfinalda A qrupunun lideri, tanınmış braziliyalı idmançı Duqlas Santos Brosu 5-0 hesablı tam üstünlüklə məğlub edən F.Fərzəliyev, sonda qızıl medala sahib olaraq titullarının sayını atırmağa müvəffəq olub.

Dünya Karate Federasiyasının rəsmi səhifəsində (WKF) Firdovsi Fərzəliyevin döyüşləri haqqında qeydlər var. Onu bu çəki dərəcəsində sürpriz nəticələrdən biri adlandırsalar da, F. Fərzəliyevin son illər rəsmi yarışlarda böyük nəticələr göstərməsi, -60kq çəki dərəcəsində də Azərbaycan karateçilərinin yüksək əyarlı medallara iddialı olmasının göstəricisidir. Bu nəticə ilə Azərbaycan Dünya Oyunlarının karate yarışlarında ilk gün 12 medal qazana bilən ölkə arasında Yaponiya və Fransa ilə birgə liderliyi bölüşür. Bu gün daha bir idmançımız, Ayxan Mamayev tatamiyə çıxacaq. Son dünya çempionatının nəticələrinə əsasən Dünya Oyunlarına dəvət edilənlər arasında Rafael Ağayaev (-75 kq) olsa da, favorit idmançımızın zədəsi onun bu mötəbər yarışda çıxış etməsinə imkan verməyib.

Məlumatı milli federasiyanın media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov verib.

Digər xəbərlər