Supersport.Az-ın məlumatına görə, yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib.
Gəncə klubu Azər Məmmədovla 1 il müddətinə anlaşıb. Son mövsümü “Turan Tovuz”da keçirən yarımmüdafiəçi komandasının kapitanı olub. Məmmədov bu il həm də Tovuz təmsilçisi ilə I divizionun çempionu adını qazanıb.