Supersport.Az-ın xəbərinə görə, gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov ölkəmizin gəliri haqda açıqlama verib.
“Ümumilikdə 360 min bilet satılıb və bilet satışından 3 milyon manat gəlir olub” deyən nazir, açılış və bağlanış mərasiminə 20 milyon dollar xərcləndiyini və yarışlar çərçivəsində Azərbaycana 59 ölkədən turist gəldiyini bildirib.