Supersport.Az-ın xəbərinə görə, IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışının qalibi məlum olub.
23 yaşadək futbolçulardan ibarət milli komandamız final matçına çıxıb.
Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız həlledici oyunda Omanla qarşılaşıb. Çətin keçən oyunda millimiz qalib gəlib: 2-1.
Qrupda keçirdiyi oyunlarda iki heç-heçə və bir qələbə ilə yarımfinala yüksələn komandamız bu mərhələdə Əlcəzairdən üstün olub.
Bürünc medal uğrunda isə Kamerun Əlcəzairə məğlub olub.
21 may
IV İslam Həmrəyliyi Oyunları
Final
21:00. Azərbaycan – Oman 2-1
Qollar: Mahir Mədətov 17, 27 – Əl Yahya 56
Bürünc medallar uğrunda oyun
14:00. Əlcəzair – Kamerun 2-0