Supersport.Az-ın məlumatına görə, “Qarabağ”dan ayrılan növbəti futbolçunun adı məlum olub.
31 yaşlı müdafiəçi İlqar Qurbanovla yollar ayrılıb.
İlqar Qurbanov 2011-ci ildən etibarən “Qarabağ”ın formasını geyirdi və futbolçu 144 dəfə komandanın heyətində meydana çıxıb. Qurbanov bu matçlarda 6 qolla yadda qalıb.
“Qarabağ” klubu futbolçuya komandadakı göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.