"Real", yoxsa "Barselona"? - Yenilənir

Futbol
21 May 2017 - 18:55
Bu gün İspaniya La Liqasında mövsümə yekun vurulacaq.
Supersport.Az-ın xəbərinə görə, çempion komandanın adına da son turda aydınlıq gələcək.
Lider “Real” səfərdə “Malaqa”nın qonağı olacaq. Madrid klubundan 3 xal geridə olan “Barselona” isə “Eybar”ı qəbul edəcək.
Göründüyü kimi, “Real”ın çempionluq şansı daha çoxdur. Zinəddin Zidanın komandasına 1 xal da kifayətdir.
"Barselona" isə yalnız "Eybar"a qalib gələcəyi və "Real"ın uduzacağı halda mövsümün qalibi ola bilər.
21 may
İspaniya La Liqası, 38-ci tur
18:45 “Atletiko” – “Atletik”
18:45 “Selta” – “Real Sosyedad”
18:45 “Valensiya” – “Vilyarreal”
22:00 “Barselona” – “Eybar”
22:00 “Malaqa” – “Real”